Benzema Morata ilə dəyişdirilə bilər

Benzema Morata ilə dəyişdirilə bilər
XƏBƏR 16 İyul 2016 / 18:51 8842
-  A +

"Real"ın hücumçusu Kərim Benzema yeni mövsümdən İtaliya A Seriyasında oynaya bilər.

Qol.az-ın "CalcioMercato"ya istinadən verdiyi məlumata görə, "Yuventus" fransalı futbolçunun xidmətində maraqlıdır.
 
Turin təmsilçisi Benzemanın əvəzinə "Real"ın transfer etmək istədiyi Alvaro Moratanı da qarşı tərəfə verməyə hazırdır. "Kral klubu"nun bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, ötən mövsüm 36 oyunda meydana çıxan Benzema 28 qol vurub və 8 məhsuldar ötürmə verib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner