PSJ-nin yeni hədəfi – Özil

PSJ-nin yeni hədəfi – Özil
XƏBƏR 16 İyul 2016 / 16:56 6377
-  A +

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil klubunu dəyişə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu PSJ-nin maraq dairəsinə düşüb.

Paris təmsilçisi 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Almaniya millisinin üzvünün bu təklifi necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən "Arsenal"da oynayan Özil ötən mövsüm keçirdiyi 37 oyunda 5 qol vurub, 18 məhsuldar ötürmə verib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner