"Zirə" Türkiyə toplanışını ləğv etdi

"Zirə" Türkiyə toplanışını ləğv etdi
XƏBƏR 16 İyul 2016 / 15:53 4046
-  A +

“Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qardaş ölkədə baş verən hərbi-siyasi hadisələr səbəbindən komanda səfərə çıxa bilməyib.

Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. "Zirə" hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner