"Zirə" AZAL-la qarşılaşdı

"Zirə" AZAL-la qarşılaşdı
XƏBƏR 15 İyul 2016 / 18:13 4627
-  A +

“Zirə” növbəti mövsümə hazırlıq mərhələsində 3-cü yoxlama oyununu keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Adil Şükürovun komandası AZAL-la üz-üzə gəlib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

Bununla da, “Zirə” hazırlıq mərhələsinin ilk mərhələsini başa vurub. Komanda sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək. İyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində paytaxt klubu daha üç yoxlama oyununda qüvvəsini sınayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner