"Bavariya"nın futbolçusu "Yuventus"da

"Bavariya"nın futbolçusu "Yuventus"da
XƏBƏR 14 İyul 2016 / 18:23 8394
-  A +

"Yuventus" növbəti transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Turin təmsilçisi "Bavariya"dan Mehdi Benatianı transfer edib.

29 yaşlı müdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq. Mərakeşli futbolçu növbəti mövsüm icarə əsasında "Yuventus"da oynayacaq. O, ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2014-cü ildə "Roma"dan "Bavariya"ya transfer olunan Benatia ötən mövsüm Bundesliqada 14 oyuna çıxıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner