Yığmamız Qazaxıstana gedir

Yığmamız Qazaxıstana gedir
XƏBƏR 14 İyul 2016 / 17:31 3180
-  A +

İyulun 20-dən avqustun 6-a qədər Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız avqustun 7-dən 13-dək Qazaxıstanın Şımkent şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək.

Yığmamzla yanaşı turnirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, Rusiya və Albaniya yığmaları, həmçinin Braziliyanın “Kruzeyro” klubunun Qazaxıstandakı akademiyasının komandası mübarizə aparacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner