Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Düdelanj"ın müdafiəçisi Cerri Prempe Lüksemburq mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, qanalı futbolçu ilk görüşdə qeydə alınan 0:2 hesabının yaxşı nəticə olduğunu bildirib:
- Səfərdəki 0:2 hesablı məğlubiyyət "Düdelanj" üçün nə dərəcədə yaxşı nəticədir?
- Bəli, biz çox keyfiyyətli bir komandaya qarşı oynadıq. Əgər sonuna qədər oyuna köklənməsəydik, təzyiq daha uzun davam edə bilərdi. 0:2 yaxşı hesabdır. Çünki az da olsa, mərhələ adlamağımıza ümid yeri qoyur. Düzdür, "Qarabağ"a qarşı oynamaq çox çətin idi. Ancaq mən daha güclü komandalara qarşı oynamışam.
- Hansı komandanı nəzərdə tutursan?
- İki il öncə Çempionlar Liqasının II təsnifat mərhələsində "Ludoqorets"ə qarşı oynamışam. Evdə 0:4 hesabı ilə uduzduq, səfərdə isə 1:1 bərabərə qaldıq. Bolqarıstan təmsilçisi də "Qarabağ"a bənzəyir. Onların da heyətində olan braziliyalı və ispaniyalı futbolçular tanınmırlar, ancaq çox güclüdürlər.
- "Qarabağ" sizi əsasən nədə üstələyirdi?
- "Qarabağ" əsasən texniki cəhətdən və topu özündə saxlamaq baxımından bizdən üstün idi.
- Azərbaycan klubu ilə təkrar görüşdə inamı geri qaytarmaq üçün nə etmək lazımdır?
- İlk matçın ikinci hissəsindəki kimi oynamalıyıq. Bakıdakı görüşdə fasilədən sonra daha yaxşı oynadıq və az səhv etdik. Avrokubok matçlarına nəzər salsaq, görərik ki, güclü olan tərəf hər zaman qalib gəlmir. Rəqibin güclü olması sadəcə onların şübhələnməyə başlamaları üçün ilk işarədir. Ancaq nə baş verəcəyini bilmək olmaz.
- Güclü rəqibə qarşı meydanda necə hərəkət edirdiniz?
- İlk növbədə tapşırığımız yaxşı müdafiə olunmaq idi. Çünki "Qarabağ"ın gücündən xəbərdar idik və buna hazırlaşmışdıq. Bəli, kağız üzərində 4-2-3-1 sistemi ilə oynadıq. Ancaq bəzi futbolçular mövsüm ərzində oynadıqlarından fərqli olaraq müdafiəyə daha çox meyl edirdilər.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında
Okan Buruk "Sportinq"lə bugünkü oyun haqda
Arteta: "Hazırıq və qətiyyətliyik”
"Sabah" hücumçu aldı
Kivudan məğlubiyyət şərhi
Mourinyo: “Hesab 5:0 da ola bilərdi”
Messi İspaniyada daha bir klub aldı
Mahir Emrelinin yeni baş məşqçisi bilindi
"Sabahın Ulduzları": 10-cu tur başladı