"Qarabağ"a qayıtdığım üçün çox sevincliyəm"

"Qarabağ"a qayıtdığım üçün çox sevincliyəm"
ÖLKƏ FUTBOLU 14 İyul 2016 / 14:33 10641
-  A +

"Olduqca sevincliyəm, bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum”.

Qol.az-ın məlumatına görə, bu sözləri yenidən “Qarabağ”a qayıdan Vüqar Nadirov klubun saytına açıqlamasında deyib.

Millimizin hücumçusu özünü doğruldacağını bildirib: “Hər bir komandada rəqabət var,  "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim".

V.Nadirov azarkeşləri də unutmayıb: "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner