Əmrah Çəlikəl: "2:0 hesabı mərhələ keçməyə bəs etməyəcək"

Əmrah Çəlikəl: "2:0 hesabı mərhələ keçməyə bəs etməyəcək"
XƏBƏR 14 İyul 2016 / 12:58 5323
-  A +

"Açığı, matçda təşkilatı işlərə başımız qarışıq olduğuna görə oyunu çox izləməyə vaxtımız olmur. Əlbəttə, evdə qazandığımız yaxşı nəticədir. Ancaq bunu baş məşqçimiz Qurban Qurbanov, məşqçilər korpusumuz daha yaxşı bilərlər. Hər halda, Çempionlar Liqasında yeni mövsümdə qələbə ilə başladığımıza görə sevincliyik".
 
Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl bildirib.
 
Ağdam təmsilçisi Çempionlar Liqasında II təsnifat mərgələsində Lüksemburqun "Düdelanj" klubuna evdə 2:0 hesabı ilə qalib gəlməklə mərhələ keçmək şansını artırıb.  

Çəlikəl rəqibi saymadığından, arxayınlaşmağa əsas görmür: "Əlbəttə, nəticə ürəyimizcədir. Təbii ki, mərhələ keçmək ikinci oyunun nəticəsindən asılı olacağından onu gözləyəcəyik. Məncə, evdə qol buraxmasaq belə, bu nəticə mərhələ keçməyə bəs etməyəcək. İndidən heç nəyə bəs edəcək demək olmaz. Özü də zəif komandayla oynamırıq. İlk matçda 2:0 hesabı ilə qalib gəldiksə, qismətimzidə bu, imiş. Buna dü şükür".  

Xatırladaq ki, "Qarabağ" Düdelanj"la səfər matçını iyulun 20-də keçirəcək. 

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner