"MTK-nın güclü hücum xətti var" – Kvekveskiri

"MTK-nın güclü hücum xətti var" – Kvekveskiri
GÜNDƏM 14 İyul 2016 / 01:42 5156
-  A +

"MTK-nın oyunlarını izləyib, rəqib komandanı yaxşı təhlil etmişik. Bu komanda çox yaxşı futbolçulardan təşkil olunub. Bizi çətin oyun gözləyir".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Nika Kvekveskiri klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları MTK klubu haqda danışan gürcüstanlı futbolçu rəqibin güclü hücum xəttinə malik olduğunu bildirib: "Macarıstan klubu Avropa üslubunda güc futbolu oynayır. MTK-nın güclü hücum xətti var. Qarşılaşmada maksimum mübarizə aparıb, səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Oyunöncəsi komandada əhval-ruhiyyə də yaxşıdır. Son görüşdə “Samtredia”ya uduzsaq da, ilk mərhələni arxada qoymuşuq. İndi yalnız MTK ilə matçı düşünürük. Meydana çıxıb sübut edəcəyik ki, “Samtredia” ilə ilk matçda göstərdiyimiz gücdəyik”.

Kvekvskiri matçın səfərdə keçirilməsinin böyük əhəmiyyət kəsb etmədiyini düşündüyünü də qeyd edib: “Çətinliklər istənilən matçda, həm ev, həm səfərdə ola bilər. Əsas qələbə üçün bacarığından maksimum istifadə etməkdir. “Samtredia” ilə səfər matçında oyunumuz alınmamışdı. Bunu Macarıstanda təkrarlamamalıyıq. “Qəbələ”nin heyətində kifayət qədər təcrübəli futbolçular olduğundan bizim üçün səfərdə oynamaq problem yaratmayacaq”.

Daha çox


Son xəbərlər