"Qəbələ" MTK ilə oyuna hazırdır

"Qəbələ" MTK ilə oyuna hazırdır
XƏBƏR 14 İyul 2016 / 01:34 3945
-  A +

“Qəbələ” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununun hazırlığını tamamlayıb. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Macarıstanın MTK klubu səfər matçının hazırlığına Bakıda start verən “qırmızı-qaralar”ın oyunöncəsi son məşqi Dyer şəhərində keçirilib.

Roman Qroqorçukun komandası qarşılaşmadan bir gün öncə matçın keçiriləcəyi “Dyirmoti” stadionunda məşq edib. Komanda məşq prosesində toplu çalışmalara üstünlük verib.

Xatırladaq ki, Dyer şəhərinin “Dyirmot” stadionunda keçiriləcək MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner