"Barselona"dan daha bir transfer

"Barselona"dan daha bir transfer
XƏBƏR 13 İyul 2016 / 17:02 12884
-  A +

"Barselona" yeni mövsüm öncəsi heyətini gücləndirməkdə davam edir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi PSJ-dən Lukas Dini transfer edib.

Fransalı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalayıb. 22 yaşlı futbolçunun transferi "Barselona"ya bonuslarla birgə 20,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, "Barselona" daha öncə "Lion"dan Samuel Umtitini transfer edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner