"Zirə"də yeni müqavilə

"Zirə"də yeni müqavilə
XƏBƏR 13 İyul 2016 / 15:23 5314
-  A +

“Zirə” müdafiəçi Yovan Krneta ilə müqavilənin müddətini uzadıb.  

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi paytaxt təmsilçisi ilə iki illik müqavilə imzalayıb.
 
Krneta yeni müqavilə və komanda haqda fikirlərini bölüşüb: “Bakıya qayıtdığım üçün çox şadam. Sevinirəm ki, növbəti mövsümdə də “Zirə”də oynayacam və bu kollektivlə birgə çalışacam. Ötən mövsüm gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də yaxşı çıxış edib beynəlxalq arenada çıxış etmək hüququ qazanacağıq.

Komandada bəzi dəyişikliklər olub, ancaq bizim birgə hazırlaşmaq və uyğunlaşmaq üçün vaxtımız var. Yeni oyunçularımızın bacarıqlı olmaları məşqlərdən də hiss olunur. “Sumqayıt”la oyunda qol vura bilməsək də, komandada istəyin olması və hər bir futbolçunun əlindən gələni etməyə çalışdığı görünürdü. Bundan sonra da yoxlama oyunlarımız olacaq. Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik".

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner