Azərbaycan millsiində çıxış etmək niyyətini açıqlayan Ramil Şeydayevin “Zenit”lə yeni müqavilə bağlamamasının səbəbləri açıqlanıb.
Qol.az-ın “Matç TV”yə istinadən yaydığı xəbərə görə, futbolçunun agenti Sergey Kuşov bildirib ki, Sankt-Peterburq klubunun Şeydayevə təklif etdiyi müqavilə onları razı salmayıb:
“Ümumiyyətlə, yeni müqavilənin şərtləri heç müzakirə də olunmadı. “Zenit” poçtla bizə şablon bir müqavilə göndərdi. Bu müqaviləyə əsasən, Ramil ayda 300 min rubl (təqribən 4700 dollar – red.) maaş alacaqdı. Amma bu da başlıca səbəb deyildi. Ramil daha da inkişaf etmək, əsas komandada oynamaq və böyük futbolda şans qazanmaq istəyirdi, nəinki birinci liqada”.
Qeyd edək ki, R.Şeydayev əsas komanda ilə Avstriyada təlim-məşq toplanışında olub. Lakin "Zenit"in yeni baş məşqçisi Mirça Luçesku futbolçumuzun oyununu bəyənməyib. Bildirilir ki, məhz bundan sonra R.Şeydayev klubla müqaviləni uzatmamaq qərarı verib.
Xatırladaq ki, 20 yaşlı R.Şeydayev “Zenit-2” komandasında oynayıb. Onun müqaviləsi bu yay başa çatıb. Bundan sonra azərbaycanlı futbolçu Türkiyə superliqa təmsilçisi “Trabzonspor”a keçib.
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı