Braziliya millisində ciddi itki

Braziliya millisində ciddi itki
XƏBƏR 11 İyul 2016 / 22:25 5516
-  A +

Braziliya millisinin və "Bavariya"nın futbolçusu Duqlas Kosta bu il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarını buraxacaq.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun baş direktoru Karl-Hayns Rummeniqe məlumat verib. O, zədə səbəbindən 25 yaşlı yarımmüdafiəçinin sözügedən turniri buraxacağını bildirib.

"Çox heyfslənirəm. Biz hamımız istəyirdik ki, o, olimpiadada iştirak etsin. Ancaq onun sağlamlığı daha əhəmiyyətlidir".


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner