"Neftçi" – "Şkendiya" oyununa belaruslu hakim

"Neftçi" – "Şkendiya" oyununa belaruslu hakim
XƏBƏR 11 İyul 2016 / 21:30 3932
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi" – "Şkendiya" (Makedoniya) oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma belaruslu hakim Sergey Sinkeviçə həvalə olunub. Ona  Yevgeni Romanov və Vitali Malyutin köməklik edəcək. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" – "Şkendiya"  iyulun 14-ü saat 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner