"Real"ın futbolçusu karyerasını başa vurdu

"Real"ın futbolçusu karyerasını başa vurdu
XƏBƏR 11 İyul 2016 / 15:36 9642
-  A +

"Real"ın yarımmüdafiəçisi Lukas Silva karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə 23 yaşlı futbolçunun özü məlumat verib.

Ürəyində qüsur aşkarlanan Silva futboldan uzaqlaşmaq məcburiyyətində qalıb. Gənc futbolçu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində bunları yazıb: "Mən yaxşı mübarizə apardım. Karyeramı başa vururam, ancaq inamımı saxlayıram".

Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan braziliyalı futbolçu ötən mövsüm "Marsel"də icarə əsasında oynayıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner