MTK - "Qəbələ": hakimlər müəyyənləşdi

MTK - "Qəbələ": hakimlər müəyyənləşdi
ÖLKƏ FUTBOLU 11 İyul 2016 / 12:48 3063
-  A +

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək MTK (Macarıstan) - "Qəbələ" ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı  Boyan Pandjiç başçılıq etdiyi İsveçdən olan hakimlər briqadası idarə edəcək. Ona Stefan Hallberq və  Maqnus Syoblom köməklik edəcək. Dördüncü hakim funksiyasını Mohammed Al-Hakimi yerinə yetirəcək.

Qeyd edək ki, MTK - "Qəbələ" oyunu iyulun 14-ü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər