Boatenq 6 həftəlik sıradan çıxdı

Boatenq 6 həftəlik sıradan çıxdı
XƏBƏR 10 İyul 2016 / 10:26 2047
-  A +

Almaniya millisinin müdafiəçisi Jerom Boatenq uzun müddətə sıradan çıxıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu "Avro-2016"nın yarımfinalında Fransa ilə görüşdə (0:2) zədələnib.

"Bavariya"nın futbolçusu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Onun yalnız avqust ayının sonlarında oynaya biləcəyi gözlənilir.

Qeyd edək ki, 2009-cu ildən Almaniya millisində oynayan Boatenq yığmanın heyətində 65 oyun keçirib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner