Əvvəl Qurban Qurbanov, sonra rəqibi

Əvvəl Qurban Qurbanov, sonra rəqibi
XƏBƏR 10 İyul 2016 / 00:55 6782
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Düdelanj" (Lüksemburq) qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub.

Qol.az-ın məlumatına görə, iyulun 11-də "Azərsun Arena"nın mətbuat zalında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 18:15-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:45-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Düdelanj"ın baş məşqçisi isə iyulun 11-i saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner