“Admira”nın baş məşqçisi “Kəpəz”dən danışdı

“Admira”nın baş məşqçisi “Kəpəz”dən danışdı
ÖLKƏ FUTBOLU 9 İyul 2016 / 17:55 8868
-  A +

“Kəpəz” bizim üçün naməlum komandadır. Rəqibimiz haqda heç nə bilmirik”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avstriyanın “Admira” klubunun  baş məşqçisi Oliver Ledeler Avropa Liqasının II təsnifat mərhələsində rəqibləri olan “Kəpəz” haqda danışarkən deyib.

Gənc mütəxəssis iddialı danışmaqla yanaşı, rəqibi də qiymətlədirib: ”Kəpəz”in  oyununa bələd  olmasaq da,  səfər qələbəsi ilə “Daçiya” səddini keçmələri onların güclərindən xəbər verir. Rəqibin kimliyindən asılı olmayaraq, öz oyunumuzu nümayiş etdirməliyik. Belə olsa, istədiyimiz nəticəni qazanacağıq. “Spartak”ı mübarizədən kənarlaşdırmağımız “Kəpəz”lə oyunda müsbət nəticə qazanacağımıza ümid verir. Əminəm ki, mərhələni keçmək gücündəyik”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 14-də Avstriyada, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər