“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gürcüstanın “Samtredia” klubunu iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdıran (5:1, 1:2) “qırmızı-qaralar”ın növbəti rəqibi Macarıstanın MKT klubu olub. Budapeşti təmsil edən komanda bunu Qazaxıstanın “Aktobe” klubu ilə matçlardan sonra rəsmiləşdirib. Ötən həftə səfərdə keçirdiyi ilk qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olan macarıstanlılar ev oyununda vurulan 2 cavabsız qolla mərhələ adlayıb. Meydan sahiblərinin qollarını Darko Nikaç və Bornobaş Beşe vurublar. İlk oyunda isə macarıstanlılar Şandor Torqellenin qoluna sevinib.
Vasilis Teodorunun baş məşqçisi olduğu MTK cari mövsümdə avrokubok matçlarını Dyer şəhərinin “Dyirmot” klubunun eyniadlı stadionunda keçirir. Buna səbəb komandanın doğma “Nandor Xedeqkuti” stadionunun təmirə bağlanmasıdır. Bu arena həm klubun, həm macar futbolunun əfsanələrindən biri olan Xedeqkutinin adını daşıyır.
Ümumilikdə isə MTK zəngin avrokubok təcrübəsinə malikdir. 1955/1956 mövsümünə təsadüf edən ilk qitə miqyaslı klub turnirində də iştirak edən budapeştlilər həmin vaxt “Anderlext”lə duellərdə uğurla debüt edib (6:3, 4:1), Çempionlar Kubokunun 1/4 finalında “Reyms”ə uduzub – 2:4, 4:4. Özünün yubiley – 20-ci avrokubok mövsümünə başlayan komandanın ən böyük uğuru 52 il əvvələ təsadüf edib.
1963/1964 mövsümündə Kuboklar Kubokunun finalına yüksələn MTK həlledici dueldə “Sportinq”ə təkrar oyunda uduzub – 3:3, 0:1. 1976/1977 mövsümündə də eyni turnirin 1/4 finalınadək irəliləyən Budapeşt təmsilçisi digər cəhdlərində bir neçə mərhələdən çox keçə bilməyib. “Aktobe” ilə bu ilki matçlaradək sonuncu dəfə 2003/2004 mövsümündə mərhələ adlayan MTK 2007/2008, 2008/2009, 2012/2013 və 2015/2016 mövsümlərində avrokuboklara qatılsa da, elə ilk rəqibinə uduzub. İndiyədək qitə miqyaslı turnirlərdə 81 matçda 31 qələbə qazanan MTK 16 heç-heçə edib və 34 dəfə uduzub.
Klubun tarixinə nəzər salsaq, MTK 1888-ci ildə yaradılıb. 128 il əvvəl yalnız qılıncoynatma və gimnastika növlərinə üstünlük verən klub 1901-ci ildə futbol bölməsi də açıb. Növbəti il aşağı dəstədə çıxış edib yüksək liqaya vəsiqə qazanan klub əvvəl 3-cü, 1904-cü ildə 1-ci yeri tutub. Bu, 23 qat Macarıstan çempionunun ilk zəfəri olub. Bu göstəricidə yalnız “Ferensvaroş”dan (29 dəfə) geri qalan komanda 1914-1925-ci illərdə ardıcıl 10 dəfə hamıdan güclü olmağı da bacarıb. Sonuncu belə uğur isə 2007/2008 mövsümünə təsadüf edib. MTK 20 dəfə gümüş medallara yiyələnməyi bacarıb. 15 dəfə ölkə kubokunun finalına yüksələn komanda 12 dəfə yarışın qalibi adını qazanıb. Bu göstəricidə də MTK yalnız “Ferensvaroş”a (22 dəfə) həsəd apara bilər. 1901-ci ildən keçirilən Macarıstan çempionatının yüksək liqasında 106 mövsüm keçirən komanda burada debüt etdiyi 1903-cü ildən sonra yalnız 3 dəfə aşağı dəstəyə düşüb.
Həm 1981/1982, həm 1994/1995, həm də 2011/2012 mövsümündə budapeştlilər elə ilk cəhddən geri qayıdıblar. Sonuncu dəfə aşağı liqada oynadığı vaxt kubokun finalınadək irəliləməsi paytaxt klubuna UEFA Avropa Liqasına qatılmaq hüququ da verib. Ötən mövsüm kubokda mübarizəni 1/4 finalda dayandıran MTK UEFA Avropa Liqasına vəsiqəni çempionatın 4-cüsü kimi qazanıb. Onları bürünc medaldan cəmi 2 xal ayırıb.
Xatırladaq ki, “Qəbələ” və MTK arasında ilk oyun iyulun 14-də Macarıstanda, cavab görüşü iyulun 21-də Bakıda keçiriləcək.
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video