Avropa Liqasının birinci təsnifat mərhələsinin Malta təmsilçisi “Baltsan”la təkrar oyundakı məğlubiyyət medianın və azarkeşlərin kəskin narazılığına səbəb olub.
Qol.az-ın xəbərinə görə, sosial şəbəkələrdə klubun oyunu ilə bağlı tənqidlər səsləndirilib, komandanın baş məşqçisi və rəhbərliyinin işinə etiraz bildirilib. Xüsusilə qeyd olunub ki, “Neftçi”fə Çingiz Abdullayevin rəhbərliyi ilə Müşahidə Şurasının yaradılması, klubdakı əsas idarəçiliyin Elnur Məmmədova verilməsindən sonra komandada durum daha da pisləşib. “Neftçi” son mövsüm Premyer Liqada bərbad çıxış edib, yalnız kubokun finalına çıxıb. Avroliqada isə komanda ilk matçda Maltada qələbə qazansa da, Bakıdakı təkrar oyunda biabırçı şəkildə 1:2 hesabı ilə uduzub.
Facebook sosial şəbəkəsində “Neftçi”nin dünənki oyunu ilə bağlı tanınmış jurnalistləri isə bunları yazıblar:
Erkin İbrahimov:
Vəli Qasımov tam haqlıdı. Onun “Neftçi”sində doğrudan da "anlalaşmıq" hökm sürür... Təəssüflər olsun ki, sevimli komandanı canından çox sevən “Neftçi”nin azarkeşlərini daha bir validollu mövsüm gözləyir. Okey, keçən mövsümü yazdıq Samir Əliyevin, Əsgər Abdullayevın boynuna. Devalvasiya, maliyyə krizisi, neftin ucuzlaşması, ozon dəliyi, günəş radiyası...bunları bildik.
Ardıcıl ikinci mövsümdə fiaskonu isə nə kimsə anlayar, nə də bağışlayar. Nə qədər gec deyil, klub rəhbərləyi səhv yolda olduqlarını anlayıb, radikal dəyişiklərə əl atmalıdı.
Konkret olaraq - dəyərli mütəxəssimiz Vəli Qasımov məşqçi olmaq illüziyasından əl çəkməlidi, “Neftçi”yə klubun adına və büdcəsinə uyğun futbolçular gəlməlidi, ümümiyyətlə, heyət ve seleksiya məsələlərinə yenidən baxılmalıdı, klub idarəçiliyində islahatlar aparılmalıdı.
Əli Sahib:
"Neftçi" bu mərhələni keçsə nə olasıdı, keçməsə nə olasıdı? Ölün yerə girin, çıxın, bir də girin. Vəli Qasımovun təbirincə desək, bu "DALnan" heç Maştağaya da buraxmazlar belə futbol "apilka"larını. Ayıb olsun! Utanın, ölün!
Kənan Məstəliyev:
Rövnəq Abdullayev çıxıb bu yarımçıq "funksioner"ləri hələ də "Neftçi"nin rəhbərliyində niyə saxladığı barədə izahat verməlidi. Qürur yerimizdən utanc yerimizə çevrilib bu klub. İzahat verilməli, çoxdan vaxtı çatan addımlar atılmalıdı. Başqa deyiləsi söz yoxdu.
Elnur Məmmədli:
“ASAN”ı var, “Uberi” taksisi var, Bəhram kimi şoumeni var, oyunu yoxdu ki, yoxdu(
Pərvin Kazımoğlu:
Vəli Qasımov yenə vaxt istəyir. Bu millət onsuz da 79 ildi "Neftçi"yə vaxt verə-verə gedir. Daha nə istəyirsiz?
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video