“Neftçi”nin növbəti rəqibi bəlli oldu

“Neftçi”nin növbəti rəqibi bəlli oldu
XƏBƏR 8 İyul 2016 / 00:29 14676
-  A +

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Qol.az-ın məlumatına görə, ilk mərhələdə çətinliklə Maltanın “Baltsan” klubunu mübarizədən kənarlaşdıran Vəli Qasımovun komandası II təsnifat mərhələsində Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

İlk oyunda Polşanın "Krakoviya” klubuna 2:0 hesabı ilə qalib gələn
Albaniya təmsilçisi cavab matçında 2:1 hesablı qələbə ilə mərhələni adlayıb.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 14-də Bakıda, cavab matçı isə bir həftə sonra Makedoniyada keçiriləcək.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner