"Kəpəz"də iki zədəli futbolçu

"Kəpəz"də iki zədəli futbolçu
XƏBƏR 4 İyul 2016 / 14:51 3874
-  A +

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Daçiya”nın qonağı olacaq “Kəpəz” hazırlığı davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "sarı-göylər" Bakıda hazırlaşır.

Komanda qarşıdakı matç öncəsi paytaxtda son iki məşqini bu gün və sabah keçəcək. Gəncə təmsilçisinin məşqləri “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında saat 17:30-da başlayacaq.

“Kəpəz”in heyətində iki futbolçunun yüngül zədəsi var. Tural Nərimanov və Tural Rzayevin müəyyən ağrıları olsa da, klubun tibbi presonalının səyi nəticəsində hər iki futbolçu hazırlıq prosesində iştirak edə bilir.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner