İngilis azarkeşlər Marseldə dava saldı (VİDEO)

İngilis azarkeşlər Marseldə dava saldı (VİDEO)
VİDEO 10 İyun 2016 / 12:25 2835
-  A +

“Avro-2016”nın startı ərəfəsində ingiltərəli azarkeşlər ixtişaş törədib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ötən gecə 200-ə yaxın ingilis azarkeş Marsel şəhərində dava salıb.

Yerli sakinlərlə dava edən azarkeşlər Marselin mərkəzi küçəsində restoran və barların şüşələrini sındırıblar.

Haidsə yerinə cəlb edilən polislər gözyaşardıcı qazdan istifadə etməli olublar. Dörd polis əməkdaşının xəsarət aldığı bildirilir. Azarkeşlərdən bir neçəsi saxlanılıb.

Qeyd edək ki, İngiltərə millisi ilk oyununu sabah Rusiyaya qarşı keçirəcək.



Son xəbərlər
topaz banner