"Milan"da qalacağıma əmin deyiləm" – Honda

"Milan"da qalacağıma əmin deyiləm" – Honda
DÜNYA FUTBOLU 10 İyun 2016 / 00:01 3634
-  A +

"Milan"ın futbolçusu Keysuke Honda klubdakı gələcək karyerası haqda danışıb.

Qol.az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, yaponiyalı futbolçu yeni mövsümdə də "Milan"da qalacağına əmin olmadığını bildirib:

"İki il yarımdır "Milan"da oynayıram. Ancaq öz çıxışımdan narazıyam. "Milan"ın məni saxlayacağına və ya mənim komandada qalacağıma əmin deyiləm. Bu səbəbdən hazırda gələcəyimlə bağlı dəqiq nəsə deyə bilmərəm".

Qeyd edək ki, ötən mövsüm A Seriyada 30 oyun keçirən Honda 3 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner