Türkiyə millisi Fransaya qələbə ilə gedir

Türkiyə millisi Fransaya qələbə ilə gedir
DÜNYA FUTBOLU 6 İyun 2016 / 00:20 8617
-  A +

Türkiyə millisi “Avro-2016”nın final mərhələsinə hazırlıq məqsədilə sonuncu yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Fatih Terimin komandası Sloveniya ilə qarşılaşıb.

Görüş türklərin qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 6-cı dəqiqəsində Burak Yılmaz vurub.

Sloveniya - Türkiyə - 0:1
Qol:
Burak Yılmaz, 6

Qeyd edək ki, Türkiyə millisi bu gün Sloveniyadan “Avro-2016”nın keçiriləcəyi Fransaya yola düşəcək və Marsel şəhərində məskunlaşacaq.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner