PSJ baş məşqçisi Loran Blanla yolları ayırmağa hazırlaşır.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Paris klubunun sahibi və prezidenti Nasser Əl-Xəlafi məlumat verib:
"Komandanın baş məşqçi dəyişikliyinə ehtiyacı var. Blanı 3 il dəstəklədim. İndi klubda bəzi dəyişikliklər etmək vaxtı olduğunu düşünürəm".
O, L.Blanı istefa göndərmək istəmələrinin tək səbəbinin Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti"yə uduzmaqlarının olmadığını bildirib.
Klub prezidenti L.Blanın əvəzinə düşündükləri baş məşqçinin adını açıqlamaq istəməyib. Ancaq o, "Atletiko"nun çalışdırıcısı Dieqo Simeoneyə hörmət etdiklərini bildirib.
Əl-Xəlafinin bu açıqlamasından sonra Fransa mətbuatı PSJ-nin D.Simeonenin baş məşqçi vəzifəsinə gətirmək istədiyini yazıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı