"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba yeni mövsümdən İngiltərə Premyer Liqasında oynaya bilər.
Qol.az-ın "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, fransalı futbolçu ilə sabiq komandası "Mançester Yunayted" klubu yaxından maraqlanır.
Mançester təmsilçisi Poqba üçün "Yuventus"a 60 milyon funt ödəməyə hazırdır. 23 yaşlı futbolçunun Turin təmsilçisi ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. "Yuventus" rəhbərliyi də perspektivli futbolçunu komandada saxlamaq üçün onun maaşını artırmağı düşünür.
Qeyd edək ki, Poqba 2009-2012-ci illərdə "Mançester Yunayted"də çıxış edib.
"Zirə"dən yeni transfer
Ronaldodan daha bir ilk
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər
"İmişli" yeni baş məşqçisini açıqladı
"Sabah" uduzdu, sabiq "Qarabağ"lı qol vurdu
Daha 2 il "Sumqayıt"da
DÇ-2026 Rayan Şerkini yuxusuz qoydu