2015/2016 mövsümünün yekununa əsasən İngiltərə Premyer Liqasını tərk edən "Aston Villa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Birmingem təmsilçisini Roberto di Matteo çalışdıracaq.
Bu vəzifədə Erik Bleki əvəzləyən italiyalı mütəxəssisə Stiv Klark köməklik edəcək.
Qeyd edək ki, 2012-ci ildə "Çelsi" ilə Çempionlar Liqasını qazanan di Matteonun son komandası Almaniyanın "Şalke" klubu olub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer