“Palmali” Şirkətlər Qrupunun prezidenti, bugünlərdə fəaliyyətini dayandıran “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimov “Çelsi”nin sahibi, rus iş adamı Roman Abramoviçlə görüşüb.
Qol.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, görüşdə “Beşiktaş”ın prezidenti Fikrət Orman da iştirak edib. F.Orman qəzetə açıqlamasında bildirib ki, görüş zamanı “Beşiktaş”ın dünya miqyasında azarkeşlərinin sayının artırılması ilə bağlı da söhbət gedib.
Müsahibəsində F.Orman görüşdə daha hansı məsələlərin müzakirə olunduğu barədə danışmayıb.
F.Orman onu da bildirib ki, onların əsas məqsədlərindən biri də milyonlarla Azərbaycan türkünün yaşadığı İranda və Azərbaycanda azarkeşlərinin sayını artırmaqdır.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər