"Ötən mövsüm asan keçmədi, bu, dəqiqdir. Başa çatan mövsümü iki hissəyə bölərdim. Ötən yay Avroliqada 4 mərhələ keçərək, qrup mərhələsinə vəsiqə qazandıq. Bu, fantastik nəticə idi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibəsində deyib.
Ukraynalı mütəxəssis ötən mövsümün məşqçilik karyerasında çox çətin keçdiyini bildirib: "Azərbaycan çempionatında çox çətin mövsüm keçirdik. Deyərdim ki, hətta məşqçilik karyeramın ən çətin mövsümü oldu. Burada hansısa üzüntüdən söhbət gedə bilməz. Bu nəticəni yaxşı saymaq olar. Təbii ki, mövsümə “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq istəyi ilə başladıq. Deyirdik ki, bu, mümkündür, ancaq alınmadı".
Qriqorçuk çempionatda əsas rəqiblərinin "Qarabağ" olduğunu bildirib: "İnsanlar yüksək ideyalarla yaşamalı və qarşılarına məqsəd qoymalıdılar. "Qarabağ" bizdən güclüdür və çempionluğa layiq komandadır. Mövsümü dəyərləndirsək, "Qarabağ"la bir-iki oyunu çıxsaq, digər oyunlarda qələbə qazana bilərdik. Lakin bir Ancaq çempionat ərzində bir problemlə üzləşdik – qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Hətta bəzi oyunlarda 10 qol imkanını boşa verdik. "Qarabağ" bizim əsas rəqibimizdir. Bu komandada hər şey yüksək səviyyədə qurulub və düşünürəm ki, Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə düşməyə yaxındır. Mən də onlar üçün bunu arzulayıram".
Komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirən Qriqorçuk "Qəbələ"nin turnirdə oyun sərgilədiyini bildirib: "Avropa Liqasının qrup mərhələsində layiqli çıxış etdiyimizi düşünürəm. Siz də anlayırsınız ki, "Borussiya" (Dortmund) aramızda fərq böyük idi. Bununla belə, onlara qarşı Bakıdakı görüşdə 3-4 qol imkanı əldə etsək də, bunlardan yararlana bilmədik. Həmin görüşdə 1:3 hesabı ilə uduzsaq da, yaxşı oyun nümayiş etdirdik. Eyni sözləri "Krasnodar"la səfər oyunu haqda deyə bilərəm. Rusiyada 1:2 hesabı ilə uduzsaq da, mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdik. PAOK-a isə nə evdə, nə də səfərdə məğlub olmadıq. Bir sözlə, Avroliqada yaxşı təcrübə qazandıq".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır