"Mançester Yunayted" futbolçusu Markus Reşforda yeni müqavilə təklif edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi 18 yaşlı hücumçu ilə 2017-ci ildə başa çatacaq müqaviləni artırmaq istəyir. M.Reşford yeni təklifi qəbul edəcəyi təqdirdə, həftədə 20 min funt sterlinq qazanacaq.
Britaniya mətbuatı bununla bağlı tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğunu yazıb.
Qeyd edək ki, M.Reşford ötən mövsüm oynadığı 18 matçda 8 qol vurub və 2 qolun ötürməsini verib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel