Luçesku "Zenit"lə razılığa gəldi

Luçesku "Zenit"lə razılığa gəldi
DÜNYA FUTBOLU 24 May 2016 / 10:11 3898
-  A +

"Şaxtyor"un sabiq baş məşqçisi Mirça Luçesku "Zenit"lə razılığa gəlib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, razılaşmaya əsasən, rumıniyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Onun yeni klubunda illik 5 milyon avro qazanacağı iddia edilir.

Qeyd edək ki, "Zenit"in yaxın günlərdə M.Luçesku ilə müqavilə imzaladığı rəsmən açıqlayacağı gözlənilir.


Son xəbərlər
topaz banner