Rio-2016-ya daha iki lisenziya

Rio-2016-ya daha iki lisenziya
XƏBƏR 15 Aprel 2016 / 18:34 2216
-  A +

Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına lisenziya turnirində yarımfinal görüşləri davam edir.

Qol.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, milli komandamızın üzvü, 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb.

Erməni rəqibini tam üstünlüklə, 30-25 hesabı ilə məğlub edən Çələbiyev finala adlamaqla yanaşı Rio Olimpiyadasına da vəsiqə qazanıb. 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenso Sotomayor da yarımfinal görüşünü qalibiyyətlə başa vurub. İdmançımız final uğrunda görüşdə türkiyəli rəqibi Batuhan Gözgeçi məğlub edərək finala yüksəlməklə yanaşı Rio Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Son xəbərlər
topaz banner