"Azərbaycan vətəndaşı olduğuma görə fəxr edirəm". Sportnet.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan yığmasının keçmiş futbolçusu Branimir Subaşiçin məktubunda deyilir.
B.Subaşiç məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların son eskalasiyası nəticəsində mülki vətəndaşların və hərbçilərin həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığını bildirib: "Son hadisələr bu torpağı əziz tutan heç kəsi laqeyd qoya bilməz. Mən ölkənizdə, qardaş Azərbaycanda altı il yaşadım. Bu ölkə mənim üçün ikinci Vətən oldu. Qəbələ, Lənkəran və Bakı şəhərləri karyeramdakı uğurların şahidi oldular. Azərbaycana gəlişim həyatımda atdığım ən mühüm addımlardan biridir. Mənim üçün Azərbaycan milli komandasında oynamaq şərəf olub və olacaq. Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün fəxr edirəm".
İdmançı qeyd edib ki, erməni təcavüzünə qarşı göstərdiyi cəsarətə, qəhrəmanlıq və fədakarlığa, Vətənə sədaqətə və onun müdafiəsinə qalxdığına görə əsgər və zabitlər qarşısında baş əyir.
O diqqətə çatdırıb ki, idmandakı bütün dost və həmkarları bu hüznlü gündə həlak olanların matəminə və kədərinə qoşularaq onların ailələrinə dərin başlağlıqlarını bildirirlər.
B.Subaşiç Azərbaycanda yaşayarkən xalqımızın münaqişə zamanı çəkdiyi əzablar haqqında söhbətlərin bir neçə dəfə şahidi olduğunu, qaçqın və məcburi köçkünlər barədə statistik məlumatların isə onda kədər və şəfqət hissləri doğurduğunu bildirib: "Qarabağ uğrunda müharibə Azərbaycanın öz torpaqları uğrunda müharibəsidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanın bu torpaqlarının işğal edilməsi faktı beynəlxalq səviyyədə tanınıb. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Аli Baş Komandan cənab İlham Əliyevin apardığı qətiyyətli siyasət sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq".
B.Subaşiç Ermənistanın yüksək liqasında iki erməni klubu arasında futbol matçı zamanı Azərbaycana qarşı təxribat törətmiş serbiyalı oyunçu Nemanya Stoskoviçin hərəkətini qətiyyətlə pisləyib və ümid etdiyini bildirib ki, o, səhvini dərk edəcək və belə idmandankənar hərəkətinə görə Azərbaycan xalqından üzr istəyəcək.
Futbolçu sonda məktubunda Azərbaycana və Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayııb.
Məktub Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevin adına ünvanlanıb (Report.az).
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov