Neymar məşqi erkən tərk etdi

Neymar məşqi erkən tərk etdi
XƏBƏR 15 Aprel 2016 / 17:46 7324
-  A +

"Barselona"nın futbolçusu Neymar komandanın son məşqini tamamlaya bilməyib.

Qol.az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, buna braziliyalı futbolçunun ayağında ağrılar hiss etməsi səbəb olub.

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab görüşündə ayağına zərbə alan Neymar məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğuna tibbi müayinədən sonra aydınlıq gələcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner