"Barsa"nı "yıxan" adam danışdı

"Barsa"nı "yıxan" adam danışdı
DÜNYA FUTBOLU 14 Aprel 2016 / 11:25 10263
-  A +

"Azarkeşlər bizə yaxşı dəstək oldu. Onların dəstəyi ilə daha da güclənirik. Qələbəni azarkeşlərə həsr edirik".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun futbolçusu Antoni Qrizmann Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə matçdan (2:0) sonra deyib.

Sözügedən qarşılaşmada Madrid klubunun hər iki qolunun müəllifi olan fransalı oyunçu dünyanın ən güclü komandasına qarşı oynadıqlarını bildirib:

"İlk qoldan öncə rəqibə təzyiqə göstərirdik. Dünyanın ən güclü komandasına qarşı oynadıq.  Yarımfinal şansımızı sonuna qədər əldən vermək istəmirdik. Avropanın ən yaxşı 4 komandası arasında olmayı bacardıq. Müdafiədə səhvsiz oynadıq. Komandamla qürur duyuram".


Son xəbərlər
14.02.26  21:00

500-cü qolunu vurdu

14.02.26  20:24

Bərbad!..

topaz banner