Klopp: "Ağ bayraq qaldırmağa hazırlaşmırıq"

Klopp: "Ağ bayraq qaldırmağa hazırlaşmırıq"
DÜNYA FUTBOLU 13 Aprel 2016 / 21:13 4843
-  A +

"Doğma azarkeşlər qarşısında oynamağımız bizə növbəti mərhələyə yüksəlməyə kömək olacaq. İlk oyunu unutmalıyıq. "Borussiya" dünyanın hər yerində qol vura biləcək komandadır. Onları dayandırmaq çətindir".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 finalında Dortmund "Borussiya"sı ilə cavab matçı öncəsi deyib.

O, ilk qarşılaşmada öz güclərindən maksimum istifadə etmədiklərini vurğulayıb:

"Borussiya" qarşısında ağ bayraq qaldırmağa hazırlaşmırıq. Komandam yarımfinala çıxacaq gücdədir".


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner