Suares dönüşünü qolla qeyd etdi

Suares dönüşünü qolla qeyd etdi
DÜNYA FUTBOLU 26 Mart 2016 / 12:41 6819
-  A +

Uruqvay millisinin futbolçusu Luis Suares "DÇ-2014"dən sonra yığma komanda ilə ilk oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, cəzası başa çatan hücumçu dünən "DÇ-2018"in seçmə mərhələsində Braziliyaya qarşı matçda meydana çıxıb. L.Suares sözügedən oyunda komandasının ikinci qolunu vurub.

Qeyd edək ki, Braziliya - Uruqvay görüşü 2:2 hesabı ilə başa çatıb.

Xatırladaq ki, L.Suares "DÇ-2014"də İtaliyaya qarşı matçda rəqib komandanın futbolçusu Corcio Kyellinini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırmış və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.


Son xəbərlər
topaz banner