Adil Şükürov: "Sırf nəticəyə oynadıq"

Adil Şükürov: "Sırf nəticəyə oynadıq"
ÖLKƏ FUTBOLU 6 Fevral 2016 / 18:11 3107
-  A +

“Qələbə münasibəti ilə komandamı təbrik edirəm. Bu gün bizi yalnız buraxmayan azarkeşlərimizə də minnətdaram".

Qol.Az-ın "futbolxeber.az"a istinadən verdiyi məlumata görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 20-ci turunda qalib gəldikləri "Sumqayıt"la oyundan (2:0) sonra deyib.

A.Şükürov komandasının bu görüşdə sırf nəticəyə oynadığını bildirib: "Ağır oyun oldu. Erkən qol vursaq da, sırf nəticəyə oynadıq. Rəqib azlıqda qaldıqdan sonra da əks-hücumlara üstünlük verdik. Ötən tur "İnter"lə oyunda da sona yaxın qol vurduq. Bütün bunların komandanın istəyinin göstəricisidir”.

Daha çox


Son xəbərlər