"Epizodla bağlı şikayət edəcəyik"– Bəhmən Həsənov
"Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 20-ci turunda "Neftçi" ilə oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb:
-"Neftçi” yaxşı komandadı. Onalara qarşı oynamaq çətindi. Nə bacardıqsa onu da etdik. Zədəli futbolçularımız var. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı oynayaq.
-Hakimlərdən şikayətiniz var?
-Xeyr, nəyə görə şikayət etməliyəm. Şikayət etməkdən yorulmuşam. Hakimləri qınamıram. İnşallah gələcəkdə daha yaxşı oyun idarə edə biləcəklər.
-Sanki futbolçularda fiziki yorğunluq var...
-Bəli, etiraf edirəm. Futbolçularımız yorğundu. Çünki qış fasiləmiz yaxşı alınmadı. 1-2 futbolçumuz var onun da axırına hakimlər çıxır. Yasin Həmidin qırmızı vərəqə aldığı epizodda qayda pozuntusu yox idi. Erik Ramosun necə futbolçu olduğunu hamı bilir. Epizodla bağlı şikayət edəcəyik.
-Komandada maliyyə durumu necədir?
-İnşallah yaxşı olacaq. Həftəninin ilk günü maaşların veriləcəyi gözlənilir.
Mənbə: sportal.az