"Kəpəz" Bakıda hazırlaşır

"Kəpəz" Bakıda hazırlaşır
XƏBƏR 1 Fevral 2016 / 16:42 2047
-  A +

Bir günlük istirahətdən sonra “Kəpəz” məşqləri bərpa edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda Topaz Premyer Liqasının XX turunda Gəncədə qarşılaşacağı AZAL-la oyunun hazırlığına bu gündən başlayıb.

Qarşıdakı dörd gündə Bakıdakı “Dalğa Arena”da məşq edəcək “sarı-göylər” oyundan bir gün öncə Gəncəyə yollanacaq.

Fevralın 6-da matçın keçiriləcəyi şəhər stadionunda baş tutacaq sonuncu hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner