Səlahət Ağayevin 100-cü oyunu

Səlahət Ağayevin 100-cü oyunu
XƏBƏR 1 Fevral 2016 / 15:11 1852
-  A +

Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Topaz Premyer Liqasında 100-cü oyununu keçirib.
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 ildən sonra yenidən “Sumqayıt”da forma geyinən qapıçının yubiley matçı 19-cu turun “Neftçi” ilə qarşılaşmasına təsadüf edib.

Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub. Premyer Liqada 2010/2011 mövsümündən çıxış edən Ağayev “100”ə 3 komandanın heyətində çatıb.

Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi “Sumqayıt”dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb. Daha çox “İnter”də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.

Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki