"Xəzər Lənkəran"dan iki transfer

"Xəzər Lənkəran"dan iki transfer
ÖLKƏ FUTBOLU 1 Fevral 2016 / 13:21 7865
-  A +

"Xəzər Lənkəran" heyətinə iki futbolçu cəlb edib.

Bu barədə Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O bildirib ki, “Rəvan”dan ayrılan Vüqar Bəybalayev və Tural Qürbətov hazırda "Xəzər Lənkəran"ın düşərgəsindədirlər.

Sözügedən oyunçular dünən Topaz Premyer Liqasının 19-cu turunda "Rəvan"la oyunu (0:0) izləyiblər.

H.Cəbrayıloğlunun sözlərinə görə, hazırda bu transferlərlə bağlı sənədləşmə işləri gedir. Böyük ehtimalla bu gün V.Bəybalayev və T.Qürbətovla müqavilə imzalanacaq.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki