Orxan Sadıqlı yenidən “Xəzər Lənkəran”da – rəsmi

Orxan Sadıqlı yenidən “Xəzər Lənkəran”da – rəsmi
ÖLKƏ FUTBOLU 29 Yanvar 2016 / 13:53 5334
-  A +

“Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə imzalayacaq.

Bu barədə  Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Onun sözlərinə görə,  qapıçı Orxan Sadıqlı ilə bugünlərdə  müqavilə imzalanacaq.

23 yaşlı qolkiper qış fasiləsi zamanı cənub təmsilçisindən ayrılaraq “Rəvan”a üz tutmuşdu. Lakin o, “Xəzər Lənkəran”ın dəvəti ilə yenidən komandaya qayıdıb.

Klub rəsmisi Tural Rzayev və Vüqar Bəybalayevin “Xəzər Lənkəran”da baxışda olması ilə bağlı yayılan xəbərləri  təkzib edib: “Baxışda heç bir futbolçu yoxdur. Baş məşqçi Elbrus Məmmədovun qərarına əsasən 5 futbolçu ilə müqavilə imzalanacaq. Söhbət Tural Cəlilov, Nodar Məmmədov, Ruslan Cəfərov, Orxan Səfiyaroğlu və Vaquf Güləliyevdən gedir”.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki