“Xəzər Lənkəran”la danışıqlara gedirəm” – Orxan Sadıqlı

“Xəzər Lənkəran”la danışıqlara gedirəm” – Orxan Sadıqlı
ÖLKƏ FUTBOLU 28 Yanvar 2016 / 13:56 5188
-  A +

Bir neçə gün əvvəl “Rəvan”ın düşərgəsinə qoşulan qapıçı Orxan Sadıqlı paytaxt klubunu tərk edib.

Bu barədə Qol.Az-a açıqlamasında 23 yaşlı qolkiper özü məlumat verib.

O, yenidən “Xəzər Lənkəran”a döndüyünü bildirib:

- Hazırda yoldayam, Lənkərana gedirəm. “Rəvan”la halallaşdım. Klub rəhbərliyi və baş məşqçi Bəhmən Həsənov sağolsun. Məni başa düşdülər. İndi “Xəzər Lənkəran”la danışıqlara gedirəm.

- Hər halda “Rəvan”dan ayrılmısansa, deməli, “Xəzər Lənkəran”da oynayacaqsan.

- Klubdan mənə zəng etmişdilər. Yenidən komandada görmək istədiklərini dedilər. Doğma klubumun təklifini rədd edə bilməzdim. Bazaya çatandan sonra hər şeyə aydınlıq gələcək.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki