"Azərbaycanın U-19 yığmasını keçmiş postsovet ölkələri arasında Rusiyadan sonra ikinci etdikdən sonra oradan ayrıldım. Azərbaycanda yaxşı vaxt keçirdim. Ancaq neftin qiymətinin aşağı düşməsi qorxusu yarandı. Hansı ki, maaşımı məhz neftdən gələn gəlir hesabına alırdım".
Qol.Az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi Nikolay Adam Hindistan mətbuatına müsahibəsində deyib.
Hazırda Hindistanın U-17 yığmasını çalışdıran Adam ölkəmizdəki fəaliyyətindən və milli komandamızdan ayrılmasının səbəbləri haqda danışıb: "Həyat yoldaşım Hindistanı çox sevir. Biz Şri-Lankada istirahətdə olarkən Hindistandan təklif aldım. Bu zaman həyat yoldaşımla bir-birimizə baxaraq "niyə də olmasın?" dedik. Bəli, Almaniyanı çox sevirəm, amma orada qaldığım 4 həftə ərzində düşündüm ki, artıq yeni bir ölkəyə getmək vaxtıdır.
Azərbaycandan öncə 3 il Afrikada çalışmışam. Məni çox az şey şoka sala bilər. Məsələyə belə yanaşardım: Azərbaycanın 9 milyon əhalisi var. Hindistanın əhalisi isə 1,3 milyarda yaxındır. Ola bilsin ki, bura gəlməklə riskə yol verdim. Çünki Hindistan futbolunda problem çoxdur. Ancaq bu, özümü göstərmək üçün böyük şans idi.
Kəşfiyyat aparmaq yığmada çalışan məşqçi üçün önəmli işdir. Əgər ölkədə aşağı yaş qruplar üzrə liqalar keçirilsə, bu, məşqçinin işini asanlaşdırar. Hindistanda əsas problem də belə liqaların olmamasıdır. Skautluq işi həm çox vaxt, həm də enerji alır. Azərbaycanda küçədən gözəl futbolçular tapıb üzə çıxarmışdıq. Ancaq hələ ki, Hindistanda belə tapıntıya nail olmamışıq".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi