"Ardıcıl 3-cü dəfə çempion olmaq istəyirik" – Kintana

"Ardıcıl 3-cü dəfə çempion olmaq istəyirik" – Kintana
ÖLKƏ FUTBOLU 24 Yanvar 2016 / 13:22 4873
-  A +

“Bu məğlubiyyətə görə narahatlığa ehtiyac yoxdur. Sadəcə, bir sınaq matçı idi. Oyuna hazır idik. Qələbə qazanmaq istəsək də, alınmadı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana “Jagelloniya” ilə oyundan sonra deyib.

İspaniyalı yarımmüdafiəçi Polşa klubunun rəsmi saytına açıqlamasında sabiq komandası ilə oyunu belə şərh edib:

“Biz topla oynamağı sevirik. Rəqibimiz isə qol vurmağa, qalib gəlməyə çalışırdı ki, bunu da bacardılar. Oyuna hücumçusuz çıxsaq da, xeyli qol vəziyyəti yarada bildik”.

D.Kintana növbəti dəfə Azərbaycan çempionu olmaq istədiklərini qeyd edib: “Bizim üçün yoxlama oyununun nəticəsi yox, yaxşı hazırlıq keçməyimiz vacibdir. Çempionatın ikinci yarısına hazır olmalıyıq. Premyer Liqada liderliyimizi qorumalıyıq. Ardıcıl 3-cü dəfə ölkə çempionu olmaq istəyirik”.

Daha çox


Son xəbərlər
06.11.25  14:33

"Qarabağ"da şok itki